arrow

“Təlim saatı”nda qida tullantılarının idarəedilməsi barədə danışılacaq

“Təlim saatı”nda qida tullantılarının idarəedilməsi barədə danışılacaq
13-06-2023 16:39

“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsini, eyni zamanda bu sahədə elmi bazanın təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini təmin etməkdir.

Budəfəki buraxılışda qida tullantılarının idarəedilməsi haqqında məlumat veriləcək.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sahibkarlara xidmət departamentinin mütəxəssisi Tural Aslanova ünvanlaya bilərsiniz.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.