Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar və əməkdaşları üçün “Təmizlik və Dezinfeksiya işlərinin təşkili” mövzusunda maarifləndirici təlim keçiriləcək.
Təlim çərçivəsində iştirakçılar təmizlik və dezinfeksiya proseslərinin düzgün planlaşdırılması, icrası və nəzarəti üzrə müasir tələblər və praktik yanaşmalarla tanış olacaqlar.
- Tarix: 21.11.2025
- Saat: 15:00
- Məkan: AQTİ, Bakı şəhəri, Süleyman Sani Axundov küç., 73C
İştirak ödənişsizdir – https://forms.gle/SyBbjydyVQfqbBLz5