arrow

Tovuz Regional Sınaq Laboratoriyası Peşəkar Diaqnostika və Sınaq Mərkəzi

Tovuz Regional Sınaq Laboratoriyası Peşəkar Diaqnostika və Sınaq Mərkəzi
21-11-2025 12:44

Tovuz Regional Sınaq Laboratoriyası idxal və ixrac olunan məhsullarda heyvan və bitki sağlamlığı üzrə laborator müayinələr aparır. Laboratoriya AZS ISO/IEC 17025:2020 standartına uyğun akkreditasiya olunub.

 Patomorfoloji, mikrobioloji, molekulyar-genetik, seroloji və parazitoloji müayinələr aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 Heyvan sağlamlığı üzrə:

• ELISA (Multiskan FC), KBR, AR, RBS və SHR reaksiyaları vasitəsilə yoluxucu xəstəliklərin (bruselyoz, xlamidioz, viruslu diareya, taunun və çiçək xəstəliklərinin) diaqnostikası
• Mikroskopiya və əkmə üsulu ilə bakteriya və parazitlərin identifikasiyası
• PZR müayinələri vasitəsilə bakteriya və virus mənşəli xəstəliklərin aşkarlanması

 Bitki sağlamlığı üzrə:

• Meyvə, tərəvəz və digər bitki mənşəli məhsullarda entomoloji, fitopatoloji, mikoloji, virusoloji (ELISA, PZR) və molekulyar-genetik sınaqlar

Laboratoriyanın fəaliyyəti ölkədə baytarlıq və fitosanitar təhlükəsizliyin təmin olunmasına xidmət edir.