arrow

Xəzər Universitetinin tələbələri ilə görüş keçirilib

Xəzər Universitetinin tələbələri ilə görüş keçirilib
01-12-2025 10:51

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Xəzər Universitetinin “Baytarlıq təbabəti” fakültəsinin tələbələri ilə görüş keçirilib. 

Görüşdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində görülən işlər barəsində geniş məlumat verilib, ötən dövr ərzində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Eyni zamanda Agentliyin tabeliyində Qida Təhlükəsizliyi İnstitutunun, habelə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. 

İştirakçılara işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib, tələbələrin baytarlıq nəzarəti, dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.