arrow

YAP Binəqədi rayon təşkilatının AQTİ üzrə ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

YAP Binəqədi rayon təşkilatının AQTİ üzrə ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib
07-12-2021 16:48

İclasda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan YAP-ın gündən-günə artan nüfuzundan, cəmiyyətin həyatındakı əhəmiyyətindən bəhs edilib. AQTİ üzrə ərazi partiya təşkilatının fəaliyyətinin də YAP-ın prinsip və etimadına uyğun olaraq yüksək səviyyədə təşkil edildiyi vurğulanıb.

Ərazi partiya təşkilatının hesabatı təqdim edilib. Hesabat dövründə görülmüş işlər və keçirilmiş tədbirlərlə bağlı ətraflı məlumat verilib, qarşıda duran vəzifələrdən danışılıb. Hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. Təqdim edilən hesabat dövründə AQTİ üzrə ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, AQTİ üzrə ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri və müavini seçilib.