arrow

Maarifləndirmə

Antioksidantlar və bu birləşmələrlə zəngin olan qida məhsulları
Antioksidantlar və bu birləşmələrlə zəngin olan qida məhsulları
10-10-2022 12:37

Alimlər tərəfindən qida məhsullarının antioksidant tərkibini müəyyən etmək üçün bir neçə test üsulundan istifadə olunur. Bu üsullardan ən geniş yayılanı FRAP (ferric reducing ability of plasma) – plazmanın dəmir reduksiya etmə qabiliyyətidir. FRAP test üsulu vasitəsilə qida məhsullarında antioksidantların miqdarını təyin etməklə, onların müvafiq sərbəst radikalı neytrallaşdırmaq qabiliyyəti müəyyən olunur. Beləliklə, FRAP göstəricisi nə qədər yüksəkdirsə, qida məhsulunun tərkibində antioksidantın miqdarı bir o qədər çoxdur.  

Kartof istehsalında 100 faiz məhsul itkisini yarada bilən xəstəlik
Kartof istehsalında 100 faiz məhsul itkisini yarada bilən xəstəlik
06-10-2022 12:24

Kartof xərçənginin yaranma tarixi

Təbii balın müəyyən edilməsi və saxlanması qaydaları
Təbii balın müəyyən edilməsi və saxlanması qaydaları
30-09-2022 10:23

Yetişmiş balın 15-20 %-i sudan ibarət olsa da, tərkibində 300-400-ə qədər müxtəlif qida maddələri, o cümlədən karbohidrat, ferment, vitamin, turşu və minerallar cəmləşib.

Cənubi Amerika yarpaq lağımlayıcısı bitkilərin ciddi zərərvericilərindəndir
Cənubi Amerika yarpaq lağımlayıcısı bitkilərin ciddi zərərvericilərindəndir
27-09-2022 15:20

1980-ci illərə qədər bu həşərat digər qitələrdə yayılmamışdır. İlk dəfə 1987-ci ildə Hollandiyada istixana şəraitində yetişdirilmiş kahı bitkisində aşkar edilmişdir ki, bu kahıların da Hollandiyaya Cənubi Amerikadan idxal olunduğu güman edilirdi.

Səhər yeməyinin faydaları
Səhər yeməyinin faydaları
23-09-2022 14:16

Səhər yeməyi beyinin işini gücləndirir, xüsusilə məktəbli uşaqlarda bu daha önəmlidir. Araşdırmalara görə, səhər yeməyi uşaqların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir. Səhər yeməyi yeyən uşaqlar və böyüklər ondan imtina edənlərdən daha çox lif, kalsium, A və C vitaminləri, riboflavin, sink və dəmir alırlar. Hətta çəki artımından ehtiyatlanan insanlarda belə səhər yeməyi sağlam çəkidə qalmağı təmin edir. Səhər yeməyi bədənə gümrahlıq verir, ürəyin fəaliyyətinə, həzm sisteminin funksiyasına, sümüklərə faydalı təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Səhər yeməyini istehlak etməyən insanlarda qanda xolesterinin (ürək xəstəlikləri risk faktorlarını yaradan) miqdarı daha yüksək olur. Məlumdur ki, yulaf qarışığındakı, dənli bitki tərkibli çörəkdəki liflər xolesterinin səviyyəsini aşağı salır.

Pestisidlərlə işləyən zaman texniki təhlükəsizlik qaydalarına əməl olunmalıdır
Pestisidlərlə işləyən zaman texniki təhlükəsizlik qaydalarına əməl olunmalıdır
09-09-2022 15:00

Pestisidlər istehlakçılar, istifadəçilər və yaxınlıqda olan şəxslər üçün onların istehsalı, daşınması və istifadəsi zamanı, eləcə də tətbiqindən sonra təhlükəli ola bilər. Odur ki, pestisidlərin daşınması, tətbiqi və saxlanılması təhlükəsiz şəkildə həyata keçirilməlidir. Texniki təhlükəsizlik qaydalarına və pestisidlərin tətbiq olunma təlimatına dəqiq riayət edildikdə həmin maddələr ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərmir, əksinə, zərərli orqanizmləri məhv etməklə məhsul itkisinin qarşısını alır, məhsulun əmtəə keyfiyyətinin qorunub saxlanmasına səbəb olur.

Qarayara xəstəliyindən qorunmağın ən yaxşı yolu baytar nəzarəti olmayan yerdən ət almamaqdır
Qarayara xəstəliyindən qorunmağın ən yaxşı yolu baytar nəzarəti olmayan yerdən ət almamaqdır
29-08-2022 12:00

Qarayara – ən təhlükəli qida mənşəli zoonoz xəstəliklərdən biridir. Tibbi ədəbiyyatda daha çox “Sibir xorası” adı ilə tanınan qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının və vəhşi heyvanların iti gedişli yoluxucu zoonoz xəstəliyi olub, çöp şəkilli “Bacillus anthracis” bakteriyaları tərəfindən törədilir. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanların yoluxma mənbəyi bir çox hallarda xəstəlik törədicisi ilə çirklənmiş torpaq və su olur.