arrow

Maarifləndirmə

Keyfiyyətli və təhlükəsiz bal hansıdır?
Keyfiyyətli və təhlükəsiz bal hansıdır?
17-01-2025 12:00

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində istehlaka yararsız 1560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu məhsulların laborator analizləri zamanı təbii olmadığı, keyfiyyətinin aşağı olduğu, həmçinin tələblərə uyğun saxlanılmadığı məlum olub.

Bayramda qidalanma zamanı diqqət yetirilməsi vacib olan qaydalar
Bayramda qidalanma zamanı diqqət yetirilməsi vacib olan qaydalar
29-12-2024 12:00

Bayram günlərində qidalanmaya xüsusi diqqət yetirilməlidir. Çeşid-çeşid yeməklərin, növbənöv salat və şirniyyatların hazırlandığı bu günlərdə xoşagəlməz halların baş verməməsi üçün yemək hazırlanarkən və qidalanma zamanı 6 qızıl qaydaya əməl edilməsi vacibdir. Bunlar aşağıdakılardır:

Botulizm nədir və botulizmə yoluxmamaq üçün nələrə diqqət etməliyik?
Botulizm nədir və botulizmə yoluxmamaq üçün nələrə diqqət etməliyik?
19-12-2024 12:00

İnsanlar meyvə - tərəvəzlərdən, eləcə də ət və balıq məhsullarından il boyu istehlak etmək məqsədilə məişət şəraitində konservləşdirmə və ya hisəvermə üsullarından istifadə edirlər. Bu kimi proseslərin düzgün aparılmaması qida təhlükəsizliyi ilə bağlı ciddi riskləri ortaya çıxarır. Belə hallarda “botulizm” adlanan qida zəhərlənmələri baş verə bilər.

Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət edilməlidir?
Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət edilməlidir?
10-12-2024 12:00

Uşaqlar üçün içərisində müxtəlif şirniyyatlar olan Yeni il hədiyyə qutularını alan zamanı son dərəcə diqqətli olmaq lazımdır.

Tərkibində allergenlər olan qidalar və onların orqanizmə təsiri
Tərkibində allergenlər olan qidalar və onların orqanizmə təsiri
06-12-2024 11:09

Qida allergiyası tərkibində allergenlər olan qida məhsullarının istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır. Bu reaksiya immunoqlobulin E antitelinin iştirakı ilə baş verir. Qida məhsullarının səbəb olduğu anaflaksiya isə ciddi allergik reaksiya olub, qəflətən əmələ gəlir. Anaflaksiya ölümlə nəticələnə bilər. Qida allergiyasının simptomları adətən tərkibində allergenlər olan qidanın istehlakından sonra özünü büruzə verir. Dəridə qızartılar, səpgilər, qaşınma, üz, dil və dodaqlarda şişkinlik, qusma, diareya, qarın nahiyəsində spazmalar, öskürək, başgicəllənmə, nəfəsalmada çətinlik, huşun itməsi və bu kimi digər hallar isə allergik reaksiyalara aiddir.

Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir
Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir
03-12-2024 11:44

Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir.

Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri
Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri
15-11-2024 12:22

Ana südü 6 ayadək olan körpələrin qidalanması üçün “qızıl standart” hesab olunur. Bu qida ilk 6 ayda onların orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını qarşılayır. 6 aydan 12 ayadək olan müddətdə ana südü uşaqların sadalanan ehtiyaclarının yarısını, 13 aydan 24 ayadək olan müddətdə üçdə birini ödəyir. Vaxtından əvvəl doğulan körpələrdə isə bu qida demək olar ki, onların həyatının mühafizəsini təmin edir. Belə körpələr üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, bu qida onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən körpələrin doğumdan bir saat sonra ana südü ilə qidalandırılması tövsiyə olunur. Bu prosesin 2 yaş və ya daha uzun müddətə davam etdirilməsi məsləhət görülür.

Qarğıdalı bitkisinin əsas xəstəlikləri
Qarğıdalı bitkisinin əsas xəstəlikləri
06-11-2024 16:00

Ölkəmiz qarğıdalı bitkisinin becərilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malikdir. Xüsusilə də günəş-enerji balansı bir ildə eyni sahədən iki dəfə məhsul alınmasına imkan verir. Bu baxımdan qarğıdalı təkrar əkin üçün mühüm bitki sayılır. Qarğıdalı sahələrində aqrotexniki tədbirlərin düzgün və vaxtında aparılması xəstəlik, zərərverici və alaqlara qarşı bitkini effektiv mühafizə etməyə də imkan yaradır. Bir sıra bakterial və göbələk mənşəli xəstəliklər var ki, qarğıdalı bitkisinin inkişafını zəiflədir, ciddi məhsul itkisinə səbəb olur.